Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

 ”Çiçək ətirli balalar”  başlığı altında  nağıl saatı  keçirilib

20.06.2023

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı kitabxana filialında 20.06.2023- cü iI  tarixdə ”Çiçək ətirli balalar”  başlığı altında  nağıl saatı keçirildi. Tədbiri  5 saylı kitabxana filialının böyük  kitabxanaçısı Elnarə Rəcəbova açaraq  iştirakçıları  salamladı. O, çıxış edərək bildirdi ki, kitab oxumaq insanın informasiya təlabatını ödəmək və  mütaliəyə həvəsləndirməkdir.  Tədbirdə 13  saylı  məktəbin şagirdləri  iştirak edirdi. Uşaqlar kitabxanamızda olan rəngarəng nağıl kitabları ilə tanış oldular. Kitabxanaçı  Şahzadə Hüseynova uşaqlara  "Paslı qılınc" nağılını söylədi . Maraqlı keçən nağıl saatı uşaqların böyük marağına səbəb oldu.  

 

1.9 MB